Sübhan Məmmədli

Vikipediya saytından
Tuqay Abdullayeva99 (müzakirə | töhfələr) (Səhifə "Sübhan Sebuhi oğlu Memmedli (12 avqust 1994, Kəngərli rayon Xıncab kəndi, Naxçıvan Muxtar Respublikası –6 oktyabr 2020 Füzuli rayonu)..." məzmunu ilə yaradıldı) tərəfindən edilmiş 16:14, 8 may 2021 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Sübhan Sebuhi oğlu Memmedli (12 avqust 1994, Kəngərli rayon Xıncab kəndi, Naxçıvan Muxtar Respublikası –6 oktyabr 2020 Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin Baş leytenantı, Vətən müharibəsinin şəhidi.

Həyatı

Sübhan Məmmədli 1994 cü il 12 Avqustda NMR-nın Kengerli Rayon Xıncab kendinde anadan olmuşdur. [1]2000-2009-cu illərdə Xıncab tam orta məktəbində, 2009-2012-ci illərdə Heydər Əliyev Adına Hərbi Liseydə təhsil alıb. 2012-2016-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.Evli idi.

Hərbi xidməti

Sübhan Məmmədli 2016-ci ildə Leytenant rütbəsi alaraq Ordu sıralarına daxil olmuşdur. Xidmətə Bərdə şəhər N saylı hərbi hissədə başlamışdır. 2017-cı il May və Sentyabr aylarında Tərtər rayon istiqamətində ön xəttdə xidmət etmişdir. 2017-ci ildə Goranboy rayon Ballı Qaya N saylı hərbi hissəsinə Bölük Komandiri vəzifəsinə göndərilib.2018-ci ildən Xidmətini Bakı şəhər N saylı hərbi hissəsində Bölük Komandiri vəzifəsində davam etdirmişdir. 2019- cu ildə 26 iyunda Baş Leytenant Rütbəsinə yüksəlmişdir. 2020-ci il 27 Sentyabrda başlanan || Qarabağ Müharibəsində Cəbhənin ön xəttinə yollanaraq orada qəhrəmanlıq göstərmişdir. Düşmənin keçilməz hesab edilən bir neçə postunu elə keçirmişdir. 2020-ci il 6 oktyabrda düşmənlə döyüşdə, yaxınlığına atılan minamyot qəlpəsi nəticəsində qəhramancasına şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sübhan Məmmədli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Sübhan Məmmədli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

Təltifləri

Sübhan Məmmədli
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Xıncab, Kengerli rayonu ,Naxçıvan Muxtar Respublikası,Azərbaycan
Vəfat tarixi (26 yaşında)
Vəfat yeri Füzuli rayonu, Azərbaycan
Dəfn yeri II Fəxri Xiyaban
Vətəndaşlığı  Azərbaycan
Təhsili

Heydər Əliyev adına hərbi lisey,

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Xüsusi Təyinatlı Qüvvələr
Xidmət illəri 2016-2020
Rütbəsi Baş leytenant
Döyüşlər

Vətən müharibəsi

• Füzuli döyüşləri
Təltifləri "Vətən uğrunda" medalı "Füzulinin azad olunmasına görə" medalı

(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)[4]

(25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)[5]

  1. "Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF) ( (azərb.)). 08.12.2020. 2020-12-08 tarixindəarxivləşdirilib (PDF). İstifadə tarixi: 08.12.2020.
  2. Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin saytı) ( (azərb.)). 15.12.2020. 2020-12-15 tarixindəarxivləşdirilib. İstifadə tarixi: 15.12.2020
  3. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin saytı) ( (azərb.)). 25.12.2020. 2020-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
  4. Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin saytı) ( (azərb.)). 15.12.2020. 2020-12-15 tarixindəarxivləşdirilib. İstifadə tarixi: 15.12.2020
  5. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin saytı) ( (azərb.)). 25.12.2020. 2020-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.