Sinan Kaloğlu

Vikipediya, azad ensiklopediya
Eminn (müzakirə | töhfələr) (Yeni səhifə: 1981-ci il doğumlu hücumçu hazırda legioner həyatı yaşasa da, daha çox öz ölkəsindəki çıxışı ilə ad çıxarıb. Peşəkar karyerasına 1999-2000 mövsümündə "Bolu...) tərəfindən edilmiş 10:06, 18 dekabr 2009 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

1981-ci il doğumlu hücumçu hazırda legioner həyatı yaşasa da, daha çox öz ölkəsindəki çıxışı ilə ad çıxarıb. Peşəkar karyerasına 1999-2000 mövsümündə "Boluspor"da başlayan Sinan qısa zaman kəsiyində "Altay"ın maraq dairəsinə düşüb. Nəticədə bu komandaya üz tutan forvard 2000-2003-cü illər aralığında meydana çıxdığı 63 oyunda 27 qola imza atıb. Bu səbəbdən Türkiyənin aparıcı klublarından "Beşiktaş"ın diqqətini çəkən Kaloğlu növbəti 3 ildə bu komandanın şərəfini qoruyub və "ağ-qaralı" formada keçirdiyi 22 oyunda cəmi 1 qol vurub. Lakin İstanbul təmsilçisində rəqabətin böyük olması üzündən 2004-05 mövsümündə "Diyarbəkirspor" (33 oyun, 11 qol), 2005-06 mövsümündə isə "Vestel Manisaspor"da (25 oyun, 7 qol) icarə əsasında çıxış etmək məcburiyyətində qalıb. 2006-cı ildə isə "Bursaspor" Sinanın transfer hüquqlarına yiyələnib. Nəticədə 2 mövsüm Bursa təmsilçisində çıxış edən hücumçu burdakı çıxışıyla hətta Avropa klublarının da diqqətini çəkməyi bacarıb. "Bursaspor"da 35 oyuna 10 qol vuran Kaloğlu ötən mövsüm Almaniya klublarından "Bohum"un təklifini müsbət cavablayır. Lakin burda bir mövsüm ərzində keçirdiyi 18 oyunda rəqib qapılarına cəmi 3 dəfə yol tapmağı bacaran forvard Hollandiyaya üz tutmaq məcburiyyətində qalır. Bu ildən "Vitess"də top qovan futbolçu keçirdiyi 5 oyunda rəqib qapılarına iki qol vurub. Hazırda Hollandiya birinciliyində 17 turdan sonra 18 xalla 10-cu pillədə qərarlaşan "Vitess"in Sinanı "Neftçi"yə satmağa razı olub-olmayacağı hələlik dəqiq bilinmir. Amma transfer pəncərəsi açılan kimi, "ağ-qaralar"ın hədəfində olan digər futbolçular kimi, Kaloğlunu da sıralarında qatmaq üçün danışıqlara başlayacağı bildirilir.