Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzvləri
Bu səhifədə iş davam etməkdədir. Müdaxilə etməyə tələsməyin!
|
Birləşmiş Millətlər Təşkilatının daimi üzvləri (həmçinin, Daimi Beşlik, Böyük Beşlik olaraq da tanınır) 1945-ci il tarixli BMT Nizamnaməsinin BMT Təhlükəsizlik Şurasında daimi yer verdiyi beş suveren dövlətdir: Çin, Fransa, Rusiya, Birləşmiş Krallıq və Amerika Birləşmiş Ştatları.
Daimi üzvlərin hamısı II Dünya Müharibəsindəki müttəfiqlərdir (və bu müharibənin qalibləri) və eyni zamanda nüvə silahı olan dövlətlərdir (baxmayaraq ki, Birləşmiş Millətlər Təşkilatının qurulmasından əvvəl beşinin də nüvə silahı yox idi). Ümumilikdə 15 üzvü olan şuranın qalan 10 üzvü Baş Assambleya tərəfindən seçilir. Beş daimi üzvün hamısı veto hüququna malikdir, bu da onlardan hər hansı birinin beynəlxalq dəstək səviyyəsindən asılı olmayaraq Şuranın hər hansı bir həlledici qərarının qəbul edilməsinin qarşısını almağa imkan verir.
Hazırkı daimi üzvlər
BMT Təhlükəsizlik Şurasının hazırkı daimi üzvləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir.
Ölkə | Hazırkı dövlət təmsilçiliyi | Əvvəlki dövlət təmsilçiliyi | Hazırkı icraçı liderlər | Hazırkı nümayəndələr |
---|---|---|---|---|
Çin | Çin Xalq Respublikası | Çin Respublikası (1945-1971) | Prezident: Si Tsinpin Baş Nazir: Li Keqianq | Çjan Tszun |
Fransa | Fransa Respublikası | Fransa Respublikasının Müvəqqəti Hökuməti (1945-1946) Dördüncü Fransa Respublikası (1946-1958) | Prezident: Emmanuel Makron Baş Nazir: Jan Kasteks | Nikolas de Riviere |
Rusiya | Rusiya Federasiyası | Sovet Sosialist Respublikaları İttifaqı (1945-1991) | Prezident: Vladimir Putin Baş Nazir: Mixail Mişustin | Vasili Nebenzya |
Birləşmiş Krallıq | Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı | - | Monarx: II Elizabet Baş Nazir: Boris Conson | Barbara Vudvord |
Birləşmiş Ştatlar | Amerika Birləşmiş Ştatları | - | Prezident: Co Bayden | Linda Tomas-Qrinfild |