InternetArchiveBot(müzakirə | töhfələr)(Rescuing 1 sources and tagging 0 as dead.) #IABot (v2.0.8) tərəfindən edilmiş 10:15, 14 iyun 2021 tarixli redaktə
"Suç Bende" albomu Mustafa Sandalın ilk albomudur. Albomun ilk klipi "Bu Kız Beni Görmeli" adlı mahnıya çəkilmişdir. Boğaziçi Universitetində çəkilən klipdə rəqsləri, hərəkətləri, jestləri, mimikaları ilə Mustafa Sandal bir anda böyük rəğbət qazanmışdır. Daha sonra "Suç Bende" adlı musiqiyə çəkilən klip ilk klipin uğurunu təkrar etmişdir. Mahnı uzun müddət hit-paradlarda yüksək mövqe qazanmışdır. Bu klipdən sonra Mustafa Sandal 1995-ci ildə Türkiyədə çəkilən "Bay E" filmində kiçik bir rol aldı. Bu albomun üçüncü klipi olan "Beni Ağlatma", bu filmin saundtrek siyahısına daxil edilmişdir.