Yılmaz Verdiyev
YILMAZ VERDİYEV | |
---|---|
Yılmaz Əsəd oğlu Verdiyev | |
Doğum tarixi | |
Doğum yeri | Bakı şəhəri |
Vəfat tarixi | |
Vəfat yeri | Edirne Turkiye |
Fəaliyyəti | alim |
Yılmaz Verdiyev - Fizika-riyaziyyat elmlər doktoru, professor.
Həyatı
Yılmaz Verdiyev 1937-ci ildə Bakı şəhərində doğulubdur.
1962-ci ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin fizika fakültəsinin məzunu olubdur. 1962-1965-ci illərdə Moskvada Teoretik Eksperimental Fizika İnstitutunun assistenti vəzifəsində işləmişdir.
1965-ci ildə doktorluq elmi işini müdafiə edərək fizika elmləri namizədi olmuşdur. 1973-cü ildə "Expansion of the Helisity Group" adlı elmlər doktorluq mövzusunu müdafiə edib 1977-ci ildə professor olmuşdur.
1972-1992 illərdə Azərbaycan Elmlər Akademiyası Fizika İnstitutunun fizika laboratoriyasının müdiri olmuşdur. 1992-ci ildən bu yana Riyaziyyat və Fizika sahələrində Xarici Vətəndaşlıqlı Müqaviləli Müəllim olaraq vəzifə yerinə yetirmişdir.
Elementar parçalar və riyaziyyat və fizika sahəsində 47 məqalə, 3 kitab və 18 məlumatı nəşr olunmuşdur.
İstinadlar
- Verdiyev vefat edib Arxivləşdirilib 2007-11-11 at the Wayback Machine