Hüseynbala Nemətzadə

Vikipediya, azad ensiklopediya
Sword313 (müzakirə | töhfələr) tərəfindən edilmiş 08:05, 8 iyul 2021 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Hüseynbala Nemətzadə
Hüseynbala Nəsir oğlu Nemətzadə
Doğum tarixi
Doğum yeri Bakı
Vəfat tarixi
Vəfat yeri Bakı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Həyat yoldaşı Səkinə Nemətzadə
Uşaqları Akif Nemətzadə, Sabir Nemətzadə, Yaşar Nemətzadə, Nizami Nemətzadə, Mehman Nemətzadə
Atası Nəsir Nemətzadə
Anası Nurxanım Neymətzadə
Milliyyəti azərbaycanlı
İxtisası jurnalist
Təhsili Ali
Fəaliyyəti jurnalist-publisist
Fəaliyyət illəri 1943-1995

Hüseynbala Nemətzadə - SSRİ Jurnalistlər İttifaqının üzvü, Qızıl Qələm mükafatı laureatı, jurnalist-publisist.

Həyatı və fəaliyyəti

Hüseynbala Nəsir oğlu Nemətzadə 1920-ci ildə Bakı şəhərində anadan olmuşdur. O eyni zamanda Azərbaycan SSR Jurnalistlər birliyinin üzvü olmuş qabaqcıl maarif xadimi fəxri adına layiq görülmüş, medalla təltif edilmişdir.

Azərbaycan Dövlət Universitetinin dil və ədəbiyyat fakültəsini bitirmişdir. Bir müddət pedaqoji fəaliyyət göstərən Nemətzadə 1961-ci ildən ömrünün sonuna qədər "Azərbaycan müəllimi", "Bakı", "Баку" qəzetləri və “Kirpi” jurnalının redaksiyalarında çalışmışdır.

Hüseynbala Nemətzadə 1995-ci ildə Bakıda vəfat etmişdir.

Hüseynbala Nemətzadə tanınmış yazıçı-publisist, şair Sabir Nemətzadə və hüquqşünas Mehman Nemətzadənin atasıdır.

Hüseynbala Nemətzadə fəlsəfə tarixçisi, pedaqoq, fəlsəfə doktoru Səbirə Nemətzadənin, şərqşünas alim, əlyazmaşünas, ilahiyyat üzrə fəlsəfə doktoru Səbinə Nemətzadənin əmisidir.

Həmçinin bax