Aleksandr Yelyaşeviç

Vikipediya, azad ensiklopediya
Qızılbaş (müzakirə | töhfələr) (Səhifə "{{iş gedir}} Aleksandr Yelyaşeviç (d. 22 mart 1902 - ö. 18 avqust 1978) — Polşa ordusunun Lipka tatarı olan mayoru. O, Polşa ordusundakı sonuncu tatar-müsəlman bölməsinin komandanı olmuşdur. == Həyatının erkən dövrü == Etnik olaraq Lipka tatarı olan Yelyaşeviç Rusiya imperiyasının Vilna quberniyasında imperator ordusunun kapitanı olan Janın ailəsində dünyaya gəlmişdir. O, 1912-1919-cu illərdə əvvəlcə Pskovdakı K..." məzmunu ilə yaradıldı) tərəfindən edilmiş 06:30, 9 iyul 2021 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Aleksandr Yelyaşeviç (d. 22 mart 1902 - ö. 18 avqust 1978) — Polşa ordusunun Lipka tatarı olan mayoru. O, Polşa ordusundakı sonuncu tatar-müsəlman bölməsinin komandanı olmuşdur.

Həyatının erkən dövrü

Etnik olaraq Lipka tatarı olan Yelyaşeviç Rusiya imperiyasının Vilna quberniyasında imperator ordusunun kapitanı olan Janın ailəsində dünyaya gəlmişdir. O, 1912-1919-cu illərdə əvvəlcə Pskovdakı Kadet Korpusunda, sonradan isə Ukraynada hərbi təhsil almışdır. 1923-cü ildə Türkiyəyə və Yuqoslaviyaya evakuasiya edilmiş zabitlər məktəbini süvari zabiti olaraq başa vurdu. 1924 və 1925-ci illərdə serb sərhəd bölmələrində xidmət etdikdən sonra Polşaya geri dönə bildi.

Polyak ordusunda

Eyni ild də polyak ordusuna qoşuldu və Qrudziadzdakı Süvari Zabitlər Məktəbinə göndərildi. 1928-ci ildə Vilnüs qarnizonunun IV Uhlans Alayında peşəkar zabit kimi xidmət etməyə başladı. Onun alayı müasir Vilnüsün bir hissəsi olan Nova Vileykada yerləşirdi. O, burada I Tatar Eskadronunun komandanı idi. Bu eskadron polyak hərb tarixində sonuncu tatar hərbi birləşməsidir. O, 1939-cu ilin sentyabrında Polşa kampaniyasında iştirak etmişdir.