Atmofil elementlər

Vikipediya, azad ensiklopediya
Dr.Wiki54 (müzakirə | töhfələr) tərəfindən edilmiş 18:22, 18 iyul 2021 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Atmofil elementlər - atmosferdə sərbəst və ya davamlı birləşmələr şəklində toplanan yüksək uçuculuq qabiliyyətli və atom çəkisi böyük olan kimyəvi elementlər. Atmofil elementlər içərisində xarici elektron örtüyündə 8 elektron olan atomlar (nəcib, inert qazlar) üstünlük təşkil edir. Bunlardan başqa, atmofil elementlər N (aşağı temperaturda), H, həmçinin Cl, Br və I aid edilir. Litosferin əsas hissəsini təşkil edən oksigen atmosferdə qeyri-sabit olub yalnız fotosintez və suyun fotolizi ilə tənzimlənir.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.