Vektor (həndəsə)

Vikipediya, azad ensiklopediya
TexnoBot (müzakirə | töhfələr) (Şəkil→Fayl, File→Fayl using AWB) tərəfindən edilmiş 16:12, 6 avqust 2021 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
vektoru

Vektorriyaziyyatın müxtəlif sahələrində müxtəlif cür təyin olunur.

Tərif[redaktə | mənbəni redaktə et]

Cəbri yanaşma[redaktə | mənbəni redaktə et]

Xətti cəbrdə vektor — vektor fəzasının (və ya xətti fəzanın) elementidir. Vektorları ədədə vurmaq olar, eləcə də onları toplamaq olar. Vektorları həmçinin başqa vektorların xətti kombinasiyası şəklində göstərmək olar.

Bazis bir-birindən xətti asılı olmayan elə vektorlar küllüsünə deyilir ki, həmin vektorlarla bütün fəzanı əhatə etmək olar. Sonlu fəzada sonlu bazis vektorlar mövcuddur və bu zaman fəzanın hər bir vektorunu bu bazis vektorları ilə yeganə şəkildə aşağıdakı şəkildə ayırmaq mümkündür:

burada — bazis, isə vektorunun verilmiş bazisdə koordinatlarıdır.

Həndəsi yanaşma[redaktə | mənbəni redaktə et]

Həndəsədə vektor anlayışı cəbrdəkindən fərqlənir. Belə ki, burada vektorlar; sərbəst və rabitəli vektora ayırırlar.

  • Rabitəli vektor və ya istiqamətlənmiş parça (istiqamətlənmiş düz xətt parçası) — Evklid fəzasında nizamlı nöqtələr cütlüyüdür.
  • Sərbəst vektor — istiqamətlənmiş düz xətt parçalarının ekvivalentlik sinfidir. Belə ki, iki istiqamətlənmiş parça o zaman ekvivalent hesab olunur ki, əgər onlar:
  1. kollineardır;
  2. uzunluqları bərabərdir;
  3. istiqamətləri eynidir.