Qarağat

Vikipediya saytından
Şahzadə (müzakirə | töhfələr) (Yeni səhifə: '''Qarağat''' - 25-30 dərəcə şaxtaya və 30-40 dərəcə istiyə dözən, bol və sabit məhsul verən, tez bar verən qiymətli kol bitkisidir. Onu meyvələrinin rənginə gör...) tərəfindən edilmiş 12:42, 30 yanvar 2010 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Qarağat - 25-30 dərəcə şaxtaya və 30-40 dərəcə istiyə dözən, bol və sabit məhsul verən, tez bar verən qiymətli kol bitkisidir. Onu meyvələrinin rənginə görə üç yerə ayırırlar: ağ qarağat, qara qarağat, qırmızı qarağat.

Xəstəlik və ziyanvericilərə qarşı çox dözümlüdür. Əsasən qələm və kök vasitəsi ilə çoxalır. Respublikamızın dağlıq və dağətəyi zonalarında geniş yayılmışdır. Həmçinin həyətyanı sahələrdə də kifayət qədər əkilib, becərilir.

Qarağat giləmeyvəsinin tərkibində insan orqanizminin normal inkişafı üçün zəruri olan çoxlu şəkər, zülal, yağ, turşu, vitamin və bir sıra başqa faydalı maddələr vardır. 150 qram qırmızı qarağatda 40, qara qarağatda isə 79-80 milliqram “C” vitamini var. Qarağat meyvələrinin tərkibində şəkərin miqdarı 16,2-18, ümumi turşunun miqdarı isə 1,8-3 faizdir.