Müzakirə:Almaniyada təhsil

Vikipediya saytından
Rezo (müzakirə | töhfələr) tərəfindən edilmiş 15:31, 21 noyabr 2021 tarixli redaktə

Ən son rəy:2 il öncə, Rezo tərəfindən "Redaktə müharibəsi" mövzusunda
Naviqasiyaya keç Axtarışa keç

Redaktə müharibəsi

Rezo, Burocan, Dzundziks, xahiş olunur yeni bir dəyişiklik etməyin və burada konsensus əldə etməyə cəhd göstərin. --► Hörmətlə: SolaVirum 17:44, 20 noyabr 2021 (UTC)Cavabla

Mən də hər hansı bir səhənin müzakirə olunmadan pozulmasının tərəfdarı deyilem. Ona görə də müzakirənin açılmasından öncə məlumatların geri qaytarılmasını xahiş edirəm. Ondan sonra oradakı məlumatların vacibliyini kölgə altına salan vikipediyaçılardan onun əsaslandırılmaını xahiş edirəm. Rezo (müzakirə) 18:51, 20 noyabr 2021 (UTC)Cavabla
Müzakirə səhifənizdəki müraciətdə də bildirdiyim kimi, VP:VND açıq formada bildirir ki, "Vikipediya kataloq deyil" və "Vikipediya milli ensiklopediya deyil". Viki qaydaların qəti mövqeyi ortadadır, buna görə də, sözügedən məzmunun bərpası qeyri-ensiklopedik mahiyyət daşıyır. — Burocan (müzakirə) 20:07, 20 noyabr 2021 (UTC)Cavabla
Əgər kataloqun tərifini də verə biləsydiniz mübahisəmiz sona yetərdi. Rezo (müzakirə) 20:14, 20 noyabr 2021 (UTC)Cavabla
Əslində verdiyim linkə klikləməyiniz bu məlumatı əldə etmək üçün kifayət idi. Yenə də, qeyd edim: "Geneloji məlumatlar və ya telefon-sorğu kitabçası. Yalnız o şəxslər haqqında məqalələr yaradıla bilər ki, bu şəxslər öz fəaliyyətləri və nailiyyətləri ilə kifayət qədər məşhurluq qazanmış olsunlar. Bu cür şəxslər haqqında məqalələr üçün əsas kriteriyalardan biri də xarici mənbələrin olmasıdır. Vikipediya "ağ səhifə" deyildir."Burocan (müzakirə) 21:12, 20 noyabr 2021 (UTC)Cavabla
Almaniyada çalışan alimlərin, o cümlədən professorlaın məşhurluğunu Sizin subyektiv qərarlarınızla dəyərləndirməniz yol verilməzdir. O baxımdan Sizin arqumentinizi əsassız sayıram. Almaniyada uğur qazanmış şəxslərin azərbaycan cəmiyyəti üçün böyük əhəmiyyətə malik olduğunu qeyd edərək, səhifənin bərpasının vacibliyini bir də vurğulayıram. Rezo (müzakirə) 07:34, 21 noyabr 2021 (UTC)Cavabla
Hörmətli Rezo, siz özünüz də uzun müddətdir burada fəaliyyət göstərən istifadəçi kimi bilirsiniz ki, həmin hissə ensiklopedik deyil. Kim harda nə uğur qazanıb, bu hansı ölkəyə necə təsir edib, bunlar Vikipediyaya aid olan məsələlər deyil. VP:ŞEƏ meyarları var, əgər şəxs kriteriyaları ödəyirsə ensiklopedik, əks halda qeyri-ensiklopedik hesab olunur. Subyektivliyə gəldikdə, mən VP:VND-nin müvafiq bəndini "copy-paste" etmişəm. Yəni bu mənim "subyektiv" fikrim deyil, konkret qaydadır.— Burocan (müzakirə) 12:00, 21 noyabr 2021 (UTC)Cavabla

Sizin yazdığınız ikibaşlı fikir məntiqli deyil. Bir tərəfdən deyirsiniz ki şəxsin uğur qazanması zadı bir rol oynamır. Digər tərəfdən də qeyd edirsiniz ki, kriteriyalara əsaslanaraq hər hansı bir şəxsi ensiklopedik etmək olar. Elə subyektivlik də buradadır. Sizin yuxarı tıkladığınız mətn şablondur, onun tətbiqi isə ayrı ayrı şəxslərin qabiliyyətindən asılıdır. Görünür Siz əzbərlədiyiniz şablonlardan kənara çıxa bilmirsiniz. Əgər bu günki milli vikipediya cəmiyyəti mübahisəli məsələləri belə həll edirsə onda vay bizim günümüzə. Mən bu qeyri professional diskussiyanı davam etdirmək fikrində deyiləm. Görünür Sizlərə porno aktrisalar və aşıqlardan ibarət viki məlumat bazası daha önəmlidir, nəyin ki elmlə məşğul olan insanlar. Məlumatı başqa yerə köçürmüşəm, məqsədim bir vikipediyaçı kimi onu Almaniyadakl həmyerlilır arasında önəmə çəkmək idi. Amma görünür buna milli şablonlar yol vermir. Əlvida şablonşiklər. Rezo (müzakirə) 15:31, 21 noyabr 2021 (UTC)Cavabla