Aqlomerat (geologiya)

Vikipediya, azad ensiklopediya
Sortilegus (müzakirə | töhfələr) tərəfindən edilmiş 23:04, 25 fevral 2022 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Aqlomerat (lat. agglomera — toplayıram) — müxtəlif böyüklükdə və formada çeşidlənmiş yumşaq süxur və mineral qırıntıları yığınıdır[1].

Haqqında[redaktə | mənbəni redaktə et]

Aqlomerat adətən bucaqlı iriqırıntılı yumşaq material yığımıdır. Aqlomerat bəzi piroklastik süxurlar, məsələn, vulkanik tuflar və tufobrekçiyalar, əsasən vulkan bombaları yığımı və habelə çökmə mənşəli iri qırıntılı material toplusu da aid edilir.

Aqlomerat quruluşu[redaktə | mənbəni redaktə et]

Aqlomerat quruluşu vulkan bombaları, lapillilər və qaymalardan təşkil olunan qırıntılı piroklastik süxurlar quruluşunun növ müxtəlifliyi.

Aqlomerat tufu[redaktə | mənbəni redaktə et]

Aqlomerat tufu iri ölçülü kövrək vulkan məhsullarının toplanıb sementləşməsi nəticəsində əmələ gələn vulkanik tuf. Qırıntıların ölçüsünə görə qaymalı (>200 mm), kobudqırıntılı (30–200 mm) və iriqırıntılı (1–30 mm) Aqlomerat tufu ayrılır. Sinonim: Vulkanik brekçiya, Eksploziv brekçiya.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. O.Osmanov, B.Abdullayev "Məktəblilərin izahlı coğrafiya lüğəti" Bakı — 1979

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]