Lisenziya

Vikipediya saytından
Aziza Cabiyeva (müzakirə | töhfələr) tərəfindən edilmiş 10:12, 2 mart 2022 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Lisenziya [lat. licentia – azadlıq, hüquq, icazə] 1)mal aparmaq və ya gətirmək, çeşidli işlərlə məşğul olmaq üçün verilən rəsmi icazə sənədi;

2)idxal və ixrac lisenziyası – səlahiyyətli dövlət orqanının xarici ticarət əməliyyatlarını aparmaq üçün verdiyi icazə;

3)digər şəxslərin, yaxud təşkilatların patentlə mühafizə olunan ixtiradan, habelə texniki nailiyyətlərdən, istehsal təcrübəsi və sirrindən, ticarət markasından və i.a. istifadə etmələrinə verilən icazə;

4)ixrac-idxal əməliyyatlarının, malların ölkəyə gətirilməsinin və ölkədən çıxarılmasının məhdud miqdarda həyata keçirilməsinə dövlət orqanlarının idxal, ixrac və valyutanın hərəkətinə nəzarət məqsədilə verdiyi icazədir;

5)təşkilatlara və şəxslərə patentlərlə müdafiə edilən ixtiralardan, texnologiyadan, texniki və kommersiya məlumatlarından istifadə etmək hüququ verilməsidir;

6)müxtəlif növ fəaliyyətin müəyyən hədlərdə həyata keçirilməsi üçün dövlət orqanları tərəfindən verilən icazədir;

7)xarici ticarətdə bəzi malların azad surətdə aparılıb-gətirilməsini qadağan edən tranzit.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Əliquliyev R., S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Bakı, İnformasiya Texnologiyaları, 2009, 201 s.