Aleksandr Benniqsen

Vikipediya saytından
Yousiphh (müzakirə | töhfələr) (Düzəliş. Redaktə davam etdiriləcək.) tərəfindən edilmiş 12:15, 14 mart 2022 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Aleksandr Adamoviç Benniqsen
rus. Александр Адамович Беннигсен
Doğum tarixi
Doğum yeri Sankt-Peterburq, Rusiya imperiyası
Vəfat tarixi (75 yaşında)
Vəfat yeri Paris, Fransa Fransa

Aleksandr Adamoviç Benniqsen (rus. Александр Адамович Беннигсен; 20 mart 1913 - 3 iyun 1988)— rus əsilli fransız şırqşünası, sovetoloqu.

Həyatı

Aleksandr Adamoviç Benniqsen 20 mart 1913-cü ildə Sankt Peterburqda (Leninqrad) Baltık əsilli bir Alman ailəsində dünyaya gəlmişdi. Rus çarının atlı mühafiz birliyində polkovnik olan atası, 1917 oktyabr Bolşeviklərin iqtidarı ələ keçirmələriylə baş verən vətəndaş müharibəsinin ikinci ilində arvadı ilə oğlu Alexandrı İstanbula gətirib yerləşdirdi və özü təkrar birliyinə döndü. Ancaq qırmızıların qalibiyəti üzərinə o da İstanbula gəldi. Bir müddət sonra 1922-ci ildə ailə böyüklərinin olduğu, o dönəmdə hələ müstəqil olan Estoniyanın paytaxtı Tallinə köç etdilər və iki il burada qaldıqdan sonra 1924-cü ildə Parisə gedərək oraya yerləşdilər.