Fəzli İsfahani Xuzani

Vikipediya saytından
Solavirum (müzakirə | töhfələr) (+) tərəfindən edilmiş 22:11, 19 aprel 2022 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Fəzli İsfahani Xuzani İran zadəganı, tarixçisi. O, Səfəvilər xanədanının 1501-ci ildə I İsmayıl tərəfindən (1501–1524-cü illərdə hakimiyyətdə olmuşdur) qurulmasından I Abbasın (1588–1629-cu illərdə hakimiyyətdə olmuşdur) ölümünə qədərki dövrünü əhatə edən "Əfzal əl-Təvarix" salnaməsi ilə tanınır. O, həm də Səfəvi xidmətində məmur olmuş, 1616–1625-ci illərdə Bərdə və Kaxeti valisi olmuş Qaraçaqay xanın vəziri olmuşdur. Fəzlinin oğlu, "Tiraz əl-əxbar"ın müəllifi olan Nəcməddin Əhməd Xuzani Hindistanda Moğol zadəganı Baqir Xanın qızı ilə evlənmişdir.[1][2]

İstinadlar

  1. Maeda, Hirotake. The forced migrations and reorganisation of the regional order in the Caucasus by Safavid Iran: Preconditions and developments described by Fazli Khuzani // Ieda, Osamu; Uyama, Tomohiko (redaktorlar ). Reconstruction and interaction of Slavic Eurasia and its neighbouring worlds (PDF). Slavic Eurasian Studies, No.10. Sapporo: Slavic Research Centre, Hokkaido University. 2006. 242, 245–246. ISBN 4938637391.
  2. Newman, Andrew J. Safavid Iran: Rebirth of a Persian Empire. I.B.Tauris. 2008. 1–281. ISBN 9780857716613.