Bambaralar

Vikipediya saytından
Cekli829 (müzakirə | töhfələr) (Yeni səhifə: '''Bambara qəbiləsi''' — Malidə ən böyük qəbilə. Malidə ən böyük qəbilə olan Bambara qəbiləsinin öz dili var. Onlar Bambara dilində danışırlar. Bambara dil...) tərəfindən edilmiş 08:51, 15 mart 2010 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Bambara qəbiləsiMalidə ən böyük qəbilə.

Malidə ən böyük qəbilə olan Bambara qəbiləsinin öz dili var. Onlar Bambara dilində danışırlar. Bambara dili Malidə daha geniş yayıldığı üçün milli dil kimi qəbul edilmişdir.

Bambara qəbiləsinin nümayəndələri ailələrə bölünür ki, bu ailələr onların üzvlərinin üzlərindəki çapıq və cizgilərlə bir-birlərindən ayrılırlar. Kişilər üzlərində daha çox gözə çarpan və daha dərin çapıqlar çəkməyə çalışırlar. Hazırda dövlət uşaqların və gənclərin üzlərinin bu cür çapıqlarla yaralanmasına icazə vermir.

XIX əsrin icinci yarısında fransız işğalçılarının Qərbi Afrikaya yürüşü zamanı bu qəbilənin nümayəndələri işğalçılara qarşı şücaətlə müqavimət göstərmişlər.

Mənbə

  • Hamlet Qocayev, “Afrikada gördüklərim”, Bakı, “Azərnəşr”, 1986, səh. 4.