Ali partiya məktəbinin binası

Vikipediya, azad ensiklopediya
Babək Akifoğlu (müzakirə | töhfələr) tərəfindən edilmiş 11:51, 16 iyul 2022 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Ali partiya məktəbinin binası
rus. Здание Высшей партийной школы
Xəritə
47°13′19″ şm. e. 39°42′55″ ş. u.
Ölkə  Rusiya
Şəhər Rostov-na-Donu
Tikilmə tarixi 1956
Memar Qeorqi Aleksadroviç Petrov, N. Q. Xudavertov
Memarlıq quruluşu neoklassizm
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ali partiya məktəbinin binası - Rostov-na-Donu şəhərinin ərazisində, Budyannovski prospekti Moskovskaya küçəsi, ev 20/45 ünvanında yerləşən bina. Bina Qeorqi Aleksadroviç Petrov və N. Q. Xudavertovun layihəsi əsaaında 1953-56-ci illər ərzində inşa edilmişdir. Binada kommunist partiyasının ali məktəbi yerləşirdi. Bina neoklassizm stilində inşa edilmişdir. Bu dövrdə Xruşov funksionalizmi hökmranlıq edirdi.

Tarixi

Tikinti ilə əlaqədar layihə Q. A. Petrov tərəfindən hazırlanmışdı. Bu layihəyə görə Ali partiya məktəbinin binası şəhərin ən gözəl dizayn edilmiş və dekorlarls bəzədilmiş binalarından biri olmalı idi[1]. Ancaq tikintinin gedişi bir fərmanla tamamən dəyişdirilməli olmuşdur. SSRİ Nazirlər Kabineti və MK 4 noyabr 1955 il qərarı ilə tikindidə artıqların aradan qaldırılması ilə əlaqədar verilən əmrdə binaların xüsusi ilə fasadlarında olan bəzək elementləri yığışdırılır. Bu əmrin tikintiyə təsir görtərməsinə baxmayaraq arxitektor bu təsirləri minimallardırmağa nayil olmuşdur. 1980-ci ilin ortalarında binanın ətraflarında yeni tip binalar inşa edilməyə başlanmışdır. Bu addımlar binanın təməlini xeyli zəyiflətmişdi. Belə ki, qrunt suları təmələ yığılmasına səbəb olmuşdur. Bir müddət sonra binada çatlar meydana gəlmişdir. Fasadında olan karnizlərin bir hissəsi qoparaq düşmüşdü. Bununla belə bu gündə bu qəzalı bınada Gömrük akademiyasının Rostov filialı yerləşir[2].

Arxitektura

Binanın yuxarı mərtəbədə üzəri keramik plitələrlə işlənmişdir. Binanın pəncərələrinin kənarları baraleyflərlə bəzədilmişdir.

Ədəbiyyat

Mənbə

İstinadlar