Mirzə Seyid Həsən

Vikipediya saytından
Qızılbaş (müzakirə | töhfələr) (→‎Həmçinin bax) tərəfindən edilmiş 22:25, 21 iyul 2022 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Mirzə Seyid Həsən (d. 25 yanvar 1655, İsfahan, Səfəvi imperiyası - ö. 27 dekabr 1715, Səfəvi imperiyası) — ana tərəfdən Səfəvi sülaləsinə mənsub şahzadə.

Həyatı

Onun atası Xəlifə sultan əl-Hüseyni yüksək rütbəli dövlət xadimi olmu, I Abbasın, I Səfinin və II Abbasın dövrlərində baş vəzir vəzifəsində çalışmışdır. Anası isə Səfəvi sülaləsindən olan Xanağa Bəyim idi. 1632-cı ildə Mirzə Seyid digər 3 qardaşı ilə birlikdə I Səfi (1629–1642) tərəfindən kor edilmişdir. Şah ona qarşı sülalə üzvlərinin çevriliş edə biləcəyindən qorxmaqda idi. Kor edildiyinə görə Mirzə Seyid Həsən dövlət orqanlarında heç bir vəzifə tuta bilməmişdir. Buna görə də dini dairələrə yönəlmiş və öz dövrünün güclü üləmalarından biri olmuşdur. Bilinməyən tarixdə Səfəvi sülaləsinə mənsub şahzadələrdən biri olan Zübeydə Xanımla evlənmişdir. Zübeydə xanım Şah Süleymanın (1666–1694) qızı və sonrakı şah Şah Sultan Hüseynin (1694-1722) bacısı idi. Bu evlilikdən Mirzə Məhəmməd Baqer və Mir Seyid Mürtəza dünyaya gəlmiş və hər iki qardaş da qohumları olan Şah Sultan Hüseynin dönəmində sədr-i xassəsədr-i məmalik vəzifələrində çalışmışdırlar.

Həmçinin bax

İstinadlar

Mənbə