II Təzəkənd yaşayış yeri (Şərur)

Vikipediya saytından
Sortilegus (müzakirə | töhfələr) (Səhifə "{{digər məna|Təzəkənd yaşayış yeri (Şərur)}} {{digər məna|Təzəkənd yaşayış yeri}} '''II Təzəkənd yaşayış yeri''' — Şərur rayonunda, eyniadlı kəndin şimal-şərqində orta əsrlərə aid yaşayış yeri. Əsas sahəsi əkin yerinə çevrilmişdir; qalan hissəsinin sah. 2 ha-dır. Yaşayış yerinin mərkəzi hissəsi yer səthindən 1-1,5 m hünd.-də olan təpə şəklindədir (mədəni təbəqənin qalınlığı 1-2,5..." məzmunu ilə yaradıldı) tərəfindən edilmiş 03:05, 14 sentyabr 2022 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

II Təzəkənd yaşayış yeri — Şərur rayonunda, eyniadlı kəndin şimal-şərqində orta əsrlərə aid yaşayış yeri.

Əsas sahəsi əkin yerinə çevrilmişdir; qalan hissəsinin sah. 2 ha-dır. Yaşayış yerinin mərkəzi hissəsi yer səthindən 1-1,5 m hünd.-də olan təpə şəklindədir (mədəni təbəqənin qalınlığı 1-2,5 m). Bəzi yerlərdə aşınma nəticəsində dağılmış mədəni təbəqə kül qarışıq torpaq laylarından ibarət olub, gil qab (küpə, dolça, çıraq, çölmək və kasa tipli qablar) qırıqları, osteoloji və tikinti qalıqları ilə zəngindir. Şirli saxsı məmulatı kasa və nimçə tipli qablardan ibarətdir. Abidənin VII-XVII əsrlərə aid olması ehtimal edilir.[1]

  1. Naxçıvan Abidələri Ensiklopediyası