Mətanət Əhmədova

Vikipediya, azad ensiklopediya
Grenzsoldat (müzakirə | töhfələr) (fayl silinir) tərəfindən edilmiş 11:16, 23 sentyabr 2022 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Mətanət Əhmədova
Digər adı Mətanət Eres
Doğum tarixi (48 yaş)
Doğum yeri Sumqayıt, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı
Fəaliyyəti Aktrisa

Mətanət Əhmədova (31 dekabr 1975, Sumqayıt) — aktrisa.

Həyatı[redaktə | mənbəni redaktə et]

Mətanət Əhmədova 1975-ci il dekabırın 31-də Sumqayıt şəhərində doğulmuşdur. 1992-ci ildə elə Sumqayıtda orta məktəbi bitirdikdən sonra, 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram, teatr və kino aktyorluğu fakültəsinə daxil olub. İkinci kursdan etibarən 16 il İlham Miniatür Teatrında çalışmışdır. Hazırda Şuşa Musiqili Dram teatrında fəaliyyət göstərir.

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Yanmış körpülər (film, 2007)
  2. Şans (film, 2004)
  3. Pərvanələrin rəqsi (serial, 2012) — Xatirə
  4. Tək olanda qorxma... (teleserial, 2013)
  5. Həyat sən nə qəribəsən (teleserial, 2013) — Elmira
  6. Dəfnə ağacı (teleserial, 2016) — Sevda
  7. İmtahan (teleserial, 2017) — Xanım