Padişah Xatun

Vikipediya saytından
Scherbatsky12 (müzakirə | töhfələr) (→‎Həyatı) tərəfindən edilmiş 18:54, 28 noyabr 2022 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Padişah Xatun və ya digər adı ilə Səfvatəddin Xatun (12561295)- Kirman Qaraxitaylar sülaləsinin üzvü, 1292-1295-ci illərdə Kirman hökmdarı

Həyatı

Padişah Xatun XIII əsrdə Qütbəddin Məhəmmədlə Kirmanlı Qutluq Türkanın kiçik qızı olaraq dünyaya gəlmişdir. 1256-cı ildə anası Qutluq Türkan Abaqa xanın tacqoyma mərasimində iştirak edir və beləliklə Padişah xatun Sircan bəyliyi verilir. 1272-ci ilin may ayının 22-də o Abaqa xanla evləndirilir. Evliliyin əsas məqsədi Monqol dəstəyini almaq idi. O xanın anası Yesunicinin evinə verilmişdi.

Padişah Xatun anası Qutluq Türkanın hakimiyyətinin güclənməsində mühüm rol oynamış, qardaşları Müzəffərəddin Həccac və Suyurqətmişə qarşı anasını dəstəkləmişdi.