Triozidlər

Vikipediya saytından
Sortilegus (müzakirə | töhfələr) tərəfindən edilmiş 03:10, 25 dekabr 2022 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Triozidlər
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Triozidlər
Beynəlxalq elmi adı
  • Triozidae

Triozidlər fəsiləsi-(lat. Triozidae) Buğumayaqlılar tipinin Bərabərqanadlılar dəstəsinə aid olan fəsilə.

Xarici quruluşu

[redaktə | mənbəni redaktə et]

Aydın ayrılmış başı, çox üfürülməmiş, dartılmış ortadöşü olan qamətli cücülərdir. Qabaq qanadları zarlı olub, adətən naxışsız az-çox dərəcədə qabarıq kostal kənarlıdır. Zirvəyə doğru getdikcə tədricən küncvari daralır. Pterostiqması yoxdur. Üç əsas damar öz başlanğıcını qanadın kökündəki eyni nöqtədən götürür. Arxa baldırlarının başında 3 və ya 4 (1+2+1) sıçrayış tikanları vardır, pəncələrində sıçrayış tikanları yoxdur.[1]

Geniş yayılaraq, hündür dağlara qalxırlar. Trofik cəhətdən həm ot, həm də ağac bitkiləri ilə əlaqədardır.

MDB-də 75, Zaqafqaziyada 70-ə yaxın, Azərbaycanda 30-a qədər növü vardır. Bir çoxları meşə, bağ və tarla bitkilərinin ziyanvericiləridir. [2]

  1. Azərbayvcanın heyvanlar aləmi, II cild. Bakı, Elm, 2004
  2. Azərbayvcanın heyvanlar aləmi, II cild. Bakı, Elm, 2004
  • Azərbayvcanın heyvanlar aləmi, II cild. Bakı, Elm, 2004

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]