Ağababa Rzayev (hüquqşünas)

Vikipediya, azad ensiklopediya
TgrlBot (müzakirə | töhfələr) (→‎top: şablon parametrləri, added underlinked tag) tərəfindən edilmiş 10:55, 26 fevral 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Ağababa Rzayev
Rzayev, Ağababa Qasım oğlu
Şəxsi məlumatlar
Doğum tarixi
Vəfat tarixi (80 yaşında)
Milliyyəti SSRİ SSRİAzərbaycan Azərbaycan azərbaycanlı

Rzayev, Ağababa Qasım oğlu(12.2.1923, Bakı – 25.12.2003 Bakı) – Azərbaycan hüquqşünası, hüquq elmləri doktoru (1968), professor (1971).

Azərbaycan Dövlət Universitetini bitirmişdir. İkinci Dünya müharibəsinin iştirakçısıdır. 1948-51 illərdə Azərbaycan komsomolu MK-nın təlimatçısı, Bakı şəhəri Voroşilov Rayon Komsomol Komitəsinin birinci katibi olmuşdur.

1951-56 illərdə Azərbaycan SSR Nazirlər Sovetində müxtəlif məsul vəzifələrdə çalışmış, 1956-59 illərdə Azərbaycan SSR Ədliyyə Nazirinin müavini, 1959-65 illərdə Azərbaycan SSR Nazirlər Sovetinin sovet orqanları şöbəsinin müdiri, 1965-70 illərdə Azərbaycan SSR Daxili İşlər nazirinin müavini vəzifələrində çalışmışdır. Daxili işlər polkovnikidir. 1959-65 illərdə dörd çağırış Bakı şəhər Xalq Deputatları Sovetinin deputatı seçilmişdir.[1]

Geniş elmi-tədqiqat işləri ilə də məşğul olmuşdur. Əsas tədqiqat sahəsi Azərbaycanda siyasi-hüquqi təlimlərin tarixi olmuşdur.[2]

Əsərləri[redaktə | mənbəni redaktə et]

  1. Dərbənddən başlanan əzablı yol 1
  2. Nəsirəddin Tusi: həyatı, elmi, dünyagörüşü 2
  3. “Mirzə Kazım bəy” sənədli filmi
  4. Политические взгляды М. Ф. Ахундова
  5. Очерки история политико-правовых учений Азербайджана
  6. История политических и правовых учений в Азербайджане: от истоков до ХХ века, Баку: Элм, 2000.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2021-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-15.
  2. http://web2.anl.az:81/read/page.php?bibid=344435&pno=267 (#bare_url_missing_title). 2022-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-31.

Keçidlər[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan dilində kitabları
  2. Rus dilində kitabları