Əlisaab Babayev

Vikipediya saytından
TgrlBot (müzakirə | töhfələr) (→‎top: şablon parametrləri) tərəfindən edilmiş 11:09, 26 fevral 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Əlisaab Babayev
Babayev Əlisaab Baba oğlu
bayraq
Azərbaycan KP Saatlı RK-nın birinci katibi
bayraq2
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (67 yaşında)
Vəfat yeri
Dəfn yeri
Milliyyəti Azərbaycanlı
Təhsili

Babayev Əlisaab Baba oğluAzərbaycan SSR Ali Sovetinin IX çağırış deputatı

Əlisaab Baba oğlu Babayev 1927-ci ilin mart ayının 10-da Ucar rayonunun Müsüslü kəndində qulluqçu ailəsində anadan olmuşdur. Orta təhsilini doğma kəndində aldıqdan sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinə qəbul olunmuşdu.[1] 4 qız, 1 oğul övladı vardır.[2]

1947-ci ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olmuş, 1951-ci ildə oranı bitirmişdir.

Fəaliyyəti haqqında

[redaktə | mənbəni redaktə et]
  • 1951-ci ildən 1953-cü ilə kimi Müsüslü kənd məktəbində müəllim işləmişdir.
  • 1953–1954-cü illərdə Ucar rayon Komsomol Komitəsinin ikinci katibi işləmişdir.
  • Ə. B. Babayev 1954-cü ildə partiya işinə keçirilmişdir.
  • Ucar rayonundakı Müsüslü MTS partiya təşkilatının katibi, Azərbaycan KP Ucar rayon Komitəsinin təlimatçısı, katibi və ikinci katibi olmuşdur.
  • 1963-cü ildə Ucar rayon Xalq Deputatları Soveti İcraiyyə komitəsinin sədri seçilmişdir. 1966-cı İlə kimi həmin vəzifədə çalışmışdır.
  • 1966-cı ildə Sov. İKP. MK yanında Moskva Ali Partiya məktəbində oxumağa göndərilmiş, 1968-ci ildə həmin məktəbi bitirmişdir.
  • 1968-ci ilin sentyabrından 1982-ci ilin mart ayına kimi Azərbaycan Kommunist Partiyası Saatlı rayon Partiya Komitəsinin 1-ci katibi vəzifəsində işləmişdir.
  • 8-ci və 9-cu Çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.[3]
  • Azərbaycan SSR Alin Sovetinin Mədəniyyət Komitəsinin üzvü, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi üzvlüyünə namizəd olmuşdur.[4]
  • Ə. Babayevin xidmətləri iki Qırmızı Əmək Bayrağı və Şərəf Nişanı ordenləri ilə qeyd edilmişdir.[5]

Ucar rayonunun küçələrindən biri Əlsaab Babayevin adını daşıyır.

Ə. Babayev 1994-cü ildə may ayının 26-da Bakı şəhərində vəfat etmiş, doğulduğu Ucar rayonunun Müsüslü kəndində dəfn edilmişdir

  1. "525-ci qəzet". 2017-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-01.
  2. Əlisaab Babayev
  3. Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatlarının siyahısı
  4. Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatlarının siyahısı
  5. İnsanlıq qalır bu dünyada