Növün kriteriləri

Vikipediya saytından
Mustafa MVC (müzakirə | töhfələr) (→‎top: + Kateqoriyasız) tərəfindən edilmiş 22:14, 8 mart 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Növün kriteriləri dedikdə ,onları bir-birindən fərqləndirən əlamətlər nəzərdə tutulur. Ancaq heç bir kriteri ayrılıqda iki növü bir-birindən fərqləndirməyə tam imkan vermir.Hər bir kriteri yalnız birgə fəaliyyət zamanı yaxşı nəticə əldə etməyə imkan verir.Növlərin aşağıdakı kriteriləri var.

Ən sadə kriteridir.Bu kriteridən istifadə edərək iki növü bir-birindən yalnız xarici və ya daxili quruluşuna görə fərqləndirmək olar.Ancaq bəzən morfoloji cəhətdən fərqlənməyən iki növ bir-birindən genetik, yəni xromosom dəstinə görə fərqlənir.

Genetik kriteridən istifadə edərək iki növü bir-birindən onların xromosom dəstinə görə fərqləndirmək olar.Məsələn insanda 46 xromosom olduğu halda, drozofil milçəyində 8 xromosom olur.

Ekoloji kriteri vasitəsi ilə müxtəlif ekoloji bölgələrdə yaşayan iki növü bir-birindən fərqləndirmək olar. Ancaq bu tam olaraq düzgün deyil.Çünki eyni ekoloji bölgədə müxtəlif növlər yaşaya bilər.

Coğrafi kriteri, müxtəlif təbii zonalarda yaşayan iki növü bir-birindən ayırmaq üçün istifadə olunan kriteridir.Ancaq eyni təbii zonada müxtəlif növlər yaşadığından əlverişsiz hesab olunur.

Bu kriteri canlıları kimyəvi tərkibinə görə fərqləndirir.Tətbiqi çətin olduğundan əlverişsizdir.

  • Biologiya.9-cu sinif.Dərslik."Şərq-Qərb" ASC.2015.