Murad Hüseynov (general-mayor)

Vikipediya saytından
Omarhuseynov (müzakirə | töhfələr) tərəfindən edilmiş 04:33, 31 mart 2023 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Murad Hüseynov
1998 – 2005
NazirRamil Usubov
SonrakıVəzifə ləğv edilib.
1992 – 1998
Şəxsi məlumatlar
Doğum tarixi 11 aprel 1948(1948-04-11) (76 yaş)
Rütbəsi
Polis general-mayoru

Təltifləri "Azərbaycan Bayrağı" ordeni — 1998

Murad Qoşun oğlu Hüseynov (11 aprel 1948) — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin rəisi (1998-2005), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Yanğından Mühafizə və Qəza-Xilasetmə İşlər İdarəsinin rəisi (1992-1998), polis general-mayoru.

Həyatı

Hüseynov Murad Qoşun oğlu 1948-ci ildə Qafan rayonunda anadan olmuşdur.

1965-ci ildə əmək fəaliyyətinə başlamış,"Balaxanıneft"-də fəhlə işləmişdir.

1966-cı ildə Bakıda I Tabeli hərbiləşdirilmiş Yanğın hissəsində yanğınsöndürən vəzifəsində xidmətə başlayaraq taleyini yanğından mühafizəyə bağlamışdır.

SSRİ DİN Xarkov Yanğın Texniki Məktəbini və həmin nazirliyin Moskvadakı Akademiyasını bitirmişdir.30 ildən artıq müddətdə yanğından mühafizə sistemində müxtəlif vəzifələrdə çalışmışdır.

Yanğın təhlükəsizliyi qurumlarının strukturunun və hüquqi təşkilati formasının təkmilləşməsində, "Yanğın təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası qanununun və digər hüquqi normativ sənədlərin qəbul olunmasında, Bakı Yanğın Texniki Məktəbinin yaradılmasında və fəaliyyət göstərilməsində, "Yanğınla mübarizə" jurnalının təsis və nəşr olunmasında, əməkdaşların xarici ölkələrdə peşə hazırlığının artırılmasında, bütövlükdə yanğın təhlükəsizliyi sisteminin dövrün tələblərinə uyğun səviyyədə formalaşmasında və s. taleyüklü işlərdə Azərbaycan yanğın təhlükəsizliyi xidmətinin ilk generalı , texniki elmlər namizədi, "Azərbaycan bayrağı" ordenli Murad Hüseynov bir daha peşəkarlığını, yüksək təşkilatçılıq keyfiyyətlərini nümayiş etdirdi.

Heydər Əliyevin 2002-ci il 17 yanvar tarixli fərmanı ilə DİN BDYTİ-nin rəisi Murad Hüseynova daxili xidmət general-mayoru verildi. Bu fərmanla ilk dəfə idi ki, Azərbaycanın yanğın təhlükəsizliyi sistemindən ilk əməkdaş, ilk rəhbər işçi ali rütbəyə- "daxili xidmət general-mayoru" rütbəsinə layiq görüldü.

2003-cü ildə Ukrayna Yanğın Təhlükəsizliyi Akademiyasının 75 illiyinə həsr olunmuş "Воспоминания выпускников разных лет" adlı kitabda həmin təhsil müəssisəsinin fəxri məzunu kimi Murad Hüseynova xüsusi yer ayrılmışdır.

2010-cu ildə təqaüdə çıxmışdır.

Texniki elmlər namizədidir.

Ailəlidir, 4 övladı var.

Orden və mükafatları

Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin 1 avqust 1988-ci il tarixli fərmanı ilə "Yanğında igidliyə görə" medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 1998-ci il tarixli fərmanı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 9 iyul 2018-ci il tarixli əmri ilə "AZƏRBAYCAN POLİSİNİN 100 İLLİYİ (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir.

Mənbə

  • Azərbaycanın yanğın təhlükəsizliyi qurumlarının tarixi (1885–2015). Hikmət Xudiyev 2015, səh.164, 2015-ci il.

İstinadlar