Əvəlik şorbası

Vikipediya, azad ensiklopediya
İşçiBot (müzakirə | töhfələr) (Bot: tənzimləmə) tərəfindən edilmiş 22:34, 26 aprel 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Cek kəndində hazırlanmış əvəlik

Əvəlik şorbası — Əsasən, Qərbi Azərbaycanda (indiki Ermənistan ərazisi) Qarabağda məşhurdur. Qədim torpaqlarımız olan Qars, İğdır, Ərzurum, Van bölgələrində də çox bişirilir. Qey edək ki, bu ərazilərin bir çox hissəsi bir zamanlar İrəvan xanlığının bir parçası olmuşdur. Bu şorba sağlamlığa faydalıdır. Xalq arasında soyuqdəymə zamanı müalicə üçün istifadə edilir.

Tərkibi[redaktə | mənbəni redaktə et]

  • 1 ədəd soğan
  • 1 ədəd kartof
  • 1 kasa yaşıl mərcimək
  • 1 kasa düyü
  • 1 ovuc əvəlik yarpağı
  • Ət suyu, yağ, sous, pulbibər,su
  • Umac
  • Bəzi yerlərdə əriştə və düyü də əlavə edirlər

Hazırlanması[redaktə | mənbəni redaktə et]

Əvəlik yarpaqları bir qazana qoyulub biraz qaynadılır.Sora yaşıl mərcimək qaynadılır. Kartof küp küp doğranılır və hazır saxlanılır. Əvvəl soğan doğranıb yağla qovrulur və sonra sous və pulbiber qatılır. Soyuq su əlavə edildikdən sonra bir kasa düyünu suyun içinə boşaldılır. Kartof və ardından yaşıl mərcimək əlavə edilir və ən son duzu da qatılaraq qaynamağa qoyulur.Çox qatılaşarsa üzərinə biraz su tökərək isdədiyiniz formanı ala bilərsiniz.

İstinadlar[redaktə | mənbəni redaktə et]

http://joy.az/cook/27420-evelik-shorbasi.html#sthash.gjqqoO9x.dpuf