İmperatorun ad günü

Vikipediya, azad ensiklopediya
Gadir (müzakirə | töhfələr) (Gadir İmperatorun ad günü (bayram) səhifəsinin adını İmperatorun ad günü olaraq dəyişdi.) tərəfindən edilmiş 11:23, 29 aprel 2023 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
İmperator ailəsi ad gününə gələnləri salamlayır, 2005

İmperatorun ad günü (yap. 天皇誕生日 Tennō tanjōbi) – Yaponiyanın dövlət bayramı. Akihitonun taxta oturduğu 1989-cu ildən bəri dekabrın 23-də qeyd edilir.

Meyci imperatoru Musuh itonun hakimiyyəti dövründə (1868-1911) imperatorun ad günü noyabrın 3-də qeyd edilirdi.

Tayşo imperatoru Yoşihitonun hakimiyyəti dövründə (1912-1926) imperatorun ad günü avqustun 31-də qeyd edilirdi.

Söva imperatoru Hirohitonun hakimiyyəti dövründə (1927-1988) imperatorun ad günü aprelin 29-da qeyd edilirdi. Hirohitonun ölümündən sonra 29 aprel Yaşıllıq günü adı altında dövlət bayramına çevrildi, 2007-ci ildən isə Söva günü adlanır.

İmperator sarayı adətən kənar şəxslərə bağlı olsa da, imperatorun ad günündə və yanvarın 2-də sarayın ərazisini ziyarət etməyə icazə verilir. İmperatorun ad günündə imperator ailə üzvləri ilə birlikdə sarayın balkonundan onları görməyə gəlmiş insanları salamlayır.

İstinadlar