Motsartın evi (Vyana)

Vikipediya, azad ensiklopediya
White Demon (müzakirə | töhfələr) (HotCat vasitəsilə Kateqoriya:2006-cı ildə yaradılmış muzeylər əlavə olundu) tərəfindən edilmiş 06:41, 16 may 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Motsartın evi

Motsartın evi — Vyanada yerlşən bəstəkarın mənzilidir. Domqass, 5 evin ünvanıdır. Bəstəkar burada 1784-cü ildən 1787-ci ilədək yaşayıb. İkinci mərtəbədəki mənzilləri dörd otaq, iki iş otağı və mətbəxdən ibarətdir. Motsart bu mənzildə Vyanadakı ondan çox mənzillərin heç birinə nisbətən daha uzun müddət yaşayırdı. O dövrdə bəstəkar artıq məşhur idi, dünyəvi çevrələrdə olmuşdur və Avstriya paytaxtının ən yaxşı evlərində yaşamaq üçün bir çox dəvət alırdı.

Bu evdə bəstəkar "Fiqaronun toyu" operasını və digər əsərlərini yazmışdır.

2006-cı ildə Motsartın evində yenidənqurma işləri aparıldı, bundan sonra muzey Domqass 5-də evin hər üç mərtəbəsini yerləşməyə başladı. 1000 kvadratmetr ərazidə bəstəkarın dünyasını və əsərlərini əks etdirən sərgi mövcuddur. Ekspozisiya "Fiqaronun toyu" operasının melodiyaları ilə müşayiət olunur.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]