Conney Xesus Duarte Yanez (7 fevral 2000-ci ildə anadan olub) — Venesuela Primyera Diviziya təmsilçilərindən olan Karakas klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Venesuela futbolçusudur.
Duarte öz peşəkar karyerasında debütünü 11 fevral 2017-ci ildə Araqua klubuna qarşı oyunda etmişdir. O, 76-cı dəqiqədə Reyner Kastronu əvəz etmişdir. Həmin görüşdə Karakas rəqibinə 2–1 hesabı ilə məğlub olmuşdur.[1]