Litvada avtomobil yolları
Litvada avtomobil yolları — Litva ərazisində avtonəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş yollar. Dövlət yolları əsas (lit. magistraliniai), regional (lit. krašto) və rayon (lit. rajoniniai) yollarına bölünür. Qeyri-dövlət yolları (küçələr, yerli yollar, giriş yolları) yerli özünüidarəetmə orqanlarına aiddir[1].
Tarix
[redaktə | mənbəni redaktə et]Litvada ilk yollardan biri XVI əsrdə tikilmiş Klaypeda qəsri yaxınlığındakı yoldur. 2006-cı ildə ölkədəki ümümi yolların uzunluğu 21.320 km olmuşdur ki, bunun da 1.748 km-i avtomobil yolları (o cümlədən 309 km-i avtomagistrallar təşkil edir), 4.946 km-i respublika əhəmiyyətli, 14.625 km-i isə digər yollardır. Litva Yol Muzeyi Litva yollarının və avtomobil sənayesinin tarixinə həsr olunub. 2019-cu ildə Litvada avtomobil magistrallarının ümumi uzunluğu 365,83 km-dir. Maksimum icazə verilən sürət 130 km/saat (yay) və 110 km/saatdır (qış). Litva magistral yolları olan yeganə Baltikyanı dövlətdir. 2018-ci ildə Litva Dünya İqtisadi Forumunun ekspertləri tərəfindən hər il tərtib edilən Qlobal Rəqabətlilik İndeksində yolların keyfiyyətinə görə dünyada 37-ci yerdə qərarlaşıb. Bu Baltikyanı ölkələr artasında ən yüksək göstərici olur. 2022-ci ilə qədər A5 avtomobil yolunun qalan 40,23 km hissəsinin (Mariyampole və Polşa ilə sərhəd arasında) avtomobil yolları standartlarına uyğun yenidən qurulması və Polşanın S61 avtomobil yoluna birləşdirilməsi planlaşdırılır.
Təsnifat
[redaktə | mənbəni redaktə et]Litvada yollar aşağıdakılara bölünür[1]:
Avropa Yol Şəbəkəsinin dəhlizləri;
E kateqoriyalı yollar;
Magistrallar;
Regional yollar;
rayon yolları.
Örtük tiplərinə görə yollar
[redaktə | mənbəni redaktə et]- Asfalt yollar; (13 584,389 km)[2]
- Dəmir-beton yollar; (72,46 km)[2]
- Torpaq yollar. (7 604,084 km)[2]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 "Mano vyriausybė | VĮ Lietuvos automobilių kelių direkcija". lakd.lrv.lt. 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-02.
- ↑ 1 2 3 "Eismoinfo.lt". eismoinfo.lt. 2021-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-02.