Kazım Sevüktəkin
Kazım Sevüktəkin | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1877 |
Doğum yeri | |
Vəfat tarixi | 1 aprel 1949 |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Xidmət illəri | 1895-ci ildən |
Rütbəsi | Mirliva |
Döyüşlər | |
Vikianbarda əlaqəli mediafayllar |
Kazım Sevüktəkin (türk. Kâzım Sevüktekin; 1877, Konstantinopol – 1 aprel 1949, İstanbul) — Türk əsgəri və siyasətçisi.
Hərbi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]1895-ci ildə Hərbi məktəbi bitirdi. 1897-ci ildə Osmanlı-Yunan müharibəsində taqım və bölük komandiri, Balkan müharibələrində tabor komandiri, Birinci Dünya müharibəsində alay və diviziya komandiri kimi xidmət etmişdir. 30 iyun 1921-ci ildə Anadoluya köçdü və Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu. Müharibə dövründə bölmə komandiri vəzifəsini icra etdi. 1922-ci ildə general-mayor rütbəsinə yüksəldi və Paşa oldu. 27 dekabr 1927-ci ildə öz istəyi ilə təqaüdə çıxdı.
Siyasi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Türkiyə Böyük Millət Məclisinin IV, V, VI və VII dövrlərində Diyarbəkir, VIII dövrdə Mardinin millət vəkili oldu. V və VI dövrlərdə Milli Müdafiə Şurasının rəhbəri kimi fəaliyyət göstərmişdi. 1949-cu ildə vəfat etmişdir. Onun cəsədi 1988-ci ildə Türkiyə Dövlət məzarlığına köçürüldü.
Medal və təltifləri
[redaktə | mənbəni redaktə et]- "Yunanıstan müharibəsi" medalı
- "Müharibə" medalı (Osmanlı imperiyası)
- Gümüş "Ləyaqət" medalı (Osmanlı imperiyası)
- Gümüş "İmtiyaz" medalı (Osmanlı imperiyası)
- Qızıl "Ləyaqət" medalı (Osmanlı imperiyası)
- "Qızıl Aypara" medalı
- Dəmir xaç ordeni 1-ci və 2-ci dərəcəsi
- "İstiqlaliyyət" medalı (Türkiyə Respublikası)
İstinadlar
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- T.C. Genelkurmay Harp Tarihi Başkanlığı Yayınları, Türk İstiklâl Harbine Katılan Tümen ve Daha Üst Kademelerdeki Komutanların Biyografileri, Genelkurmay Başkanlığı Basımevi, Ankara, 1972, s. 36.
- 1877-ci ildə doğulanlar
- İstanbulda doğulanlar
- 1 apreldə vəfat edənlər
- 1949-cu ildə vəfat edənlər
- İstanbulda vəfat edənlər
- Türkiyə dövlət qəbiristanlığında dəfn olunanlar
- Əlifba sırasına görə hərbi xadimlər
- Türkiyə generalları
- TBMM III çağırış deputatları
- TBMM IV çağırış deputatları
- TBMM V çağırış deputatları
- TBMM VI çağırış deputatları
- TBMM VII çağırış deputatları
- TBMM VIII çağırış deputatları