Danyeri qalası

Vikipediya saytından
Araz Yaquboglu (müzakirə | töhfələr) (vikiləşdirmə) tərəfindən edilmiş 04:33, 18 avqust 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Danyeri qalasıŞərur rayonunun Danyeri kəndinin yaxınlığında arxeoloji abidə.

Danyeri qalası böyük qala və kiçik qala adlanan hissələrdən ibarətdir. Qala divarları yonulmamış qaya parçalarından hörülərək gil məhlulu ilə bərkidilmişdir. Divarların bəzi qismləri yonulmuş daşlardan inşa edilmişdir. Qala divarları yarımdairəvi bürclər və kontrforslarla möhkəmləndirilmişdir. Qalanın içərisində, qala divarına bitişik, dördkünc formalı binaların qalıqları qalmaqdadır. Aşkar olunan keramika məmulatı çəhrayı və boz rəngdə bişirilmiş qabların parçalarından ibarətdir. Keramika məmulatı içərisində şirli qabların parçaları da vardır. Qalanı arxeoloji materiallara əsasən VIII–XVIII əsrlərə aid etmək olar.

  • Naxçıvan Abidələri Ensiklopediyası. Naxçıvan. 2008.