Puatye döyüşü (732)

Vikipediya saytından
Eldarado (müzakirə | töhfələr) (→‎top: texniki düzəliş) tərəfindən edilmiş 19:54, 23 avqust 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Karl Şteyben. Puatye döyüşü(732)
Puatye döyüşü(732)

Puatye döyüşü — 4 oktyabr 732-ci ildə Əndəlüsdən Frank ərazisinə daxil olmuş Abd-ür-Rəhmanın təxminən 40 minlik qoşunu ilə Toxmaq Karlın 30 minlik firəng qoşunu arasında baş vermiş vuruşma. Karlın qoşunu cinahlarını qoruyan Klen və Vyenna çayları arasında mövqe tutmuşdu. Onun döyüş quruluşunun əsasını falanqa şəklində düzülmüş piyadalar təşkil edirdi, cinahlarında ağır silahlanmış cəngavərlər, önündə isə oxçular düzülmüşdü. Karl əlverişli şəraitdə müdafiə taktikası seçdi. Ərəblər hücuma keçdi, lakin onların yüngül süvarilərinin hücumlarını falanqa uğurla dəf edə bildi. Bundan sonra firənglərın ağır süvariləri hucuma keçdi və ərəblərin döyüş sıralarını qıraraq onların düşərgəsini ələ keçirdi. Abd-ür-Rəhman öldürüldü. Ərəblər tələsik Puatyedən geri çəkildilər. Firənglərın ağır süvariləri onları təqib edə bilmədi.

Bu döyüşdə, ağır amma çevik olmayan Qərb süvarilərinin, qeyri-nizami çevik Şərq süvariləri arasında baş verən dəyişkən uğurlu müharibələr seriyasının əsası qoyuldu[1].

Советская военная энциклопедия Москва 1980 Военное издательство министерства обороны СССР

  1. Маркс К., Энгельс Ф. Соч. Изд.2-е. Т 14,с.303.