Aerokirşə

Vikipediya saytından
InternetArchiveBot (müzakirə | töhfələr) (Reformat 3 URLs (Wayback Medic 2.5)) #IABot (v2.0.9.5) (GreenC bot) tərəfindən edilmiş 02:34, 16 sentyabr 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
"RF-8" markalı aerokirşə. İkinci Dünya müharibəsi illərində hazırlanmışdır.

Aerokirşə (rus. aэросани) — hava vintinin yaratdığı dartı qüvəsi ilə qar və ya buz üzərində hərəkət edən kirşə. Aerokirşə üç və ya dörd xizək üzərində dayanan gövdə, arxa hissəsindəki hava vintləri və onları hərəkətə gətirən mühərrikdən ibarətdir. Amfibiya-aerokirşədə xizək və onun üzərindəki kuzov xizəkşəkilli qayıqla əvəz edilmişdir ki, bu da buz üzərində, dayaz göl, bataqlıq, donmayan çay və s.-də hərəkət etməyə imkan verir. Qayıq-xizək arxa hissədəki şaquli sükanlarla idarə olunur. Mühərrikinin gücü 190 klovat olan aerokirşə və amfibiya-aerokirşənin sürəti qar üzərində 100 kilometr/saatdan çox, suda isə 80 kilometr/saata (amfibiya-aerokirşə) qədərdir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Аерокиршә // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 128.

Əlavə ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Zaloga, Steven J., James Grandsen (1984). Soviet Tanks and Combat Vehicles of World War Two, pp. 185–87, London: Arms and Armour Press. ISBN 0-85368-606-8.
  • Science and Mechanics, Spring 1943, p. 49.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]