Getto

Vikipediya, azad ensiklopediya
Sisa (müzakirə | töhfələr) tərəfindən edilmiş 07:57, 22 oktyabr 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Getto (it. ghetto) — orta əsrlərdə Avropada, habelə bəzi ölkələrdə: müəyyən dini və irqi qrupa mənsub adamların məcburən yaşamaları üçün ayrılmış şəhər rayonu məhəlləsi. Gettolar müasir dövrdə adətən böyük şəhərin kənarında yerləşən və yoxsulların, qaçqınların, çox vaxt keçmiş müstəmləkələrin və geriyə qalmış ölkələrdən gəlmiş immiqrantların məskunlaşdığı rayonlardır. Gettolarda cinayətkarlıq bir neçə dəfə orta göstəricilərdən artıq olur. Siyasi böhranlar vaxtı gettolar üsyan yuvalarına çevrilir.

İstinadlar[redaktə | mənbəni redaktə et]