Nikah

Vikipediya, azad ensiklopediya
Melikov Memmed (müzakirə | töhfələr) (Nigah (İslam) adı dəyişdirildi. Yeni adı: Nigah) tərəfindən edilmiş 05:45, 8 iyun 2010 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır.

Azərbaycan Respublikasında ailədövlətin himayəsindədir. Azərbaycanda ailə-nigah hüquqları ailə və nigah haqqında Azərbaycan Respublikasının Ailə Məcəlləsində öz əksini tapmışdır; bu məcəllə Azərbaycan Respublikasının Konstitusiyasında qoyulmuş qaydalara əsasən nigahı tənzimləyir. Azərbaycanın Əsas Qanununun 34-cü maddəsinə uyğun olaraq «nigah qarşılıqlı razılıq əsasında bağlanır», «nigah dövlətin himayəsi altındadır», «ər və arvadın hüquqları bərabərdir».

Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır.

Dini kəbinkəsmə (dini nikah) hüquqi əhəmiyyətə malik deyildir.

Həmçinin bax