Unutsam, fısılda
Unutsam, fısılda | |
---|---|
türk. Unutursam Fısılda | |
Janr | Dram, romantik |
Rejissor | Çağan İrmaq |
Ssenari müəllifi | Çağan İrmaq |
Baş rollarda |
|
İlk baxış tarixi | 2014, 30 oktyabr 2014[3] |
Filmin növü | Sinema filmi |
Müddət | 120 dəqiqə |
Gəlir | 18.819.582 ₺ |
Ölkə | Türkiyə |
Dil | Türkcə |
İl | 2014 |
Rəng | Rəngli |
IMDb | ID4114744 |
Unutsam, fısılda — ssenaristi və rejissoru Çağan İrmaq olan, 2014-cü il istehsalı türk melodram sinema filmi.
Mövzusu
Film bir-birlərindən çox fərqli 2 bacı — Xədicə və Hənifənin həyat hekayələrindən bəhs edir. Xədicə mahnı oxumaq sevgisi olan və həyatının, xəyallarının ardınca getməyə meyilli biridir. Böyük bacısı Hənifə də həyat sevgisi ilə dolu olsa da, içinə qapanıq biridir. Bir gün qəsəbəyə yeni gələn musiqiçi Tarıkın Xədicəni kəşf etməsi, aralarında başlanan böyük sevgi və Türkiyənin ulduzları olma həvəsləri onları İstanbula qədər aparır. Uzun müddətdən sonra evinə dönən Xədicə onun qayıtmasını gözləyən və keçmişdəki yaşananlar üçün hesablaşmaq istəyən, əsəbi və incik bir Hənifəni görür.
Aktyorlar və rollar
- Fərəh Zeynəb Abdullah - Xədicə
- Bülənt Düzgünoğlu - Xədicənin atası
- Xülya Gülşən - Xədicənin anası
- Kərəm Bursin - gənc Ərhan
- Köksal Əngür - yaşlı Ərhan
- Gözdə Çığacı - gənc Hənifə
- İşıl Yücəsoy - yaşlı Hənifə
- Məhməd Günsür - Tarik
- Hümeyra - Aypəri
- Gürkan Uyqun - Kəmal
- Jalə Aylanç - Handənin anası
- Meriç Aral - Mədiha
- Gümeç Alpay - handə
- Lalə Başar - Tarikin anası
- Rəha Özcan - Ərhanın atası