Goranboy Tarix-Diyarşünaslıq Muzeyi

Vikipediya saytından
White Demon (müzakirə | töhfələr) (Azərbaycan muzeyləri kateqoriyasından Azərbaycandakı tarix-diyarşünaslıq muzeyləri kateqoriyasına daşınır (CatAlot)) tərəfindən edilmiş 18:37, 8 dekabr 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Goranboy Tarix-Diyarşünaslıq Muzeyi
Əsası qoyulub 1981
Mövzu Tarix
Yerləşir Goranboy rayonu
Kolleksiyası 2658 eksponat

Goranboy Tarix-Diyarşünaslıq MuzeyiGoranboy rayonunda yaradılmış muzey.[1]

Goranboy rayon Tarix-Diyarşünaslıq muzeyi 1981-ci ildən fəaliyyətə başlayıb. 2014-cü il dekabr ayında muzey yeni inzibati binaya köçürülmüşdür. Muzey Heydər Əliyev prospekti 5 ünvanında yerləşir. Muzey 1 mərtəbəli binadan ibarətdir: ekspozisiya zalı, fond otağı, işçi otağı və yardımcı otaq.[1]

Muzeyin eksponatları

[redaktə | mənbəni redaktə et]

Muzeyin ümumi sahəsi 954 kv.m-dir. Ekspozisiya sərgisinin sahəsi 167 kv.m, fond saxlama otağının sahəsi 56 kv.m-dir. Muzeydə keçmiş və müasir dövrümüzü əks etdirən 2658 ədəd eksponat qorunub saxlanılır. Eskpozisiya zalında 1600 çox eksponat nümayiş etdirilir. Muzey üç bölmədən ibarətdir: qədim, orta və müasir dövr. 2017-ci ildə muzeyin fonduna 58 ədəd əşya verilmişdir.[1]

  1. 1 2 3 "Mədəniyyət müəssisələri". ganja.mctgov.az. 2021-01-17 tarixində orijinalından arxivləşdirilib.