2010-cu ildə Buz adlı mahnısı ilə hitə çevrilən və ən əsası onu tanıtdıran Soner Sarıkabadayının ilk albomu Kara ifaçı üçün musiqi karyerasına bir başlanğıc olub. İfaçının Kara albomunu dinləyəndə tanıdığınız klassik pop albomlarından fərqli olduğunu anlaya bilərsiniz. Albomda 10 mahnı və 3 sound mix yer alıb. Albomun prodüserliyi Naci Bayşu, digər təşkilat işləri Mehmet Çelik və Gökhan Turan tərəfindən aparılmışdır. Gün Doğmaz, Yanıyorum, Arama, Alev Alev, Yalan Değil, Adalatin albomun seçilən mahnılarındandır. Kara albomuna adını verən və klip çəkilən mahnı həm də çıxış sinqlıdır. Albom 2001-ci ildə Bay Müzik etiketi ilə yayımlansa da 2010-cu ildə Esen Müzik etiketi ilə yenidən CD şəklində satışa çıxarılmışdır.