Alim Dərələyəzli

Vikipediya saytından
Sortilegus (müzakirə | töhfələr) tərəfindən edilmiş 17:02, 12 iyun 2010 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
ALİM DƏRƏLƏYƏZLİ
Doğum tarixi 18 may 1953(1953-05-18) (71 yaş)
Doğum yeri
Fəaliyyəti şair

|}

Gülmalıyev Alim Cəfər oğlu - şair.

Həyatı

Alim Dərələyəzli 18 may 1953-cü ildə Gəncə şəhərində dünyaya göz açib. Ailəsi 1956-cı ildə Ata yurdu Dərələyəz mahalına köçüb. Uşaq ikən anasından uzaq düşüb.

Səkkizillik məktəbi Qalaxlı kəndində bitirib və 1969-cı ildə Gəncəyə qayıdıb. 27 saylı Texniki Peşə məktəbində mantyor ixtisasına yiyələnib. Eyni zamanda 8 saylı Fəhlə-Gənclər məktəbində orta təhsil alıb. 1972-ci ildə məktəbi bitirib. Bir müddət Arpa-Sevan tunelində çalışıb. 1973-cü ildə gərbi xidmətə yollanıb. 1973-1975-ci illərdə İrkutsk şəhərində hətbi xidmətdə olub. 1975-ci ildə xidməti başa vurub Kemerovo Şəhərinə yollanıb. Dağ-mədən texnikumuna daxil olub və 1978-ci ildə texnikumu bitirib. Həmin ilin payızında xəstəliyi ilə əlaqədər Mingəçevirə qayıdıb. O vaxtdan dövrü mətbuatda şeirləri çap olunur.

Fəal yaradıcılığa isə 1980-cı ildən başlayıb. Şerləri, Təmsilləri yerli və Respublika qəzet və jurnallarında, o cümlədən "Mingəçevir İşıqları", "Azərbaycan İşıqları", "Səda", "Kirovabad Kommunisti", "Nizami yurdu", "Yevlağın Təşəbbüs" qəzetlərində müntəzəm dərc olunur. "Kür" ədəbi birliyinin üzvü olub. 1990-cı ildə "Boz Dağ" ədəbi birliyinin sədri seçilib. 1995-ci ildə Bakı şəhərinə köçüb.

1996-1997-ci illərdə Aydınlıq qəzetinin bölgə müxbiri işləyib. 1997-1998-ci illərdə "Həmrəylik" qəzetində redaktor vəzifəsində çalışıb. Yazıları "Respublika", "Xalq" qəzetində dərc olunub. O dövrlərdə dövlət televiziyasında radio verlişləri hazırlayıb. Geniş oxucu kütləsinə "Qəlbimin Dağ Boyda Qəmi", "Qeyrət Qalası", "Qaramanlı Qamboy Ağa", "Dərələyəz Dərdim Mənim", "Mingəçevir İşıqları" kitabları ilə tanış olan şair bu günün özündə də coşqun həvəslə öz yaradıcılığını davam etdirməkdədir. Şairin əksər əsərləri qəhramanlıq mövzusu üzərində qurulub.

Evlidir, iki övladı var.