Yaşıl yonca taxtabitisi

Vikipediya saytından
Мурад 97 (müzakirə | töhfələr) tərəfindən edilmiş 12:13, 8 yanvar 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Yaşıl yonca taxtabitisi
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Yaşıl yonca taxtabitisi
Beynəlxalq elmi adı

Yaşıl nezara (lat. Codophila varia F.- ) — buğumayaqlılar tipinin yarımsərtqanadlılar və ya taxtabitilər dəstəsinə aid olan növ.

Yaşıl rəngdə olub, qanadı üstündə boz və ağ yatıq şəkildə tükləri vardır. Bədəninin uzunluğu 3–4 mm-dir. Yumurtalarını kiçik qruplar halında bir cərgədə, bəzən isə qarışıq halda tökür. Bu zərərverici öz yumurtalarını yarpağın damarlarına yox, qırağına qoyur. İldə 2–3 nəsil verir. Yumurtaların inkişafı 14–16 gün çəkir. Sürfələrin qışlayan yumurtalardan çıxması aprel ayında müşahidə olunur. Sürfələr bitki şirəsi ilə qidalanaraq 5 dəfə qabıq dəyişir. Onların inkişafı may ayının axırında yetkin mərhələyə keçir. İyun ayında yetkin taxtabitilər yenidən yumurta qoyur. Taxtabitinin birinci nəsli bitkinin ilk cücərtiləri ilə qidalandığı üçün daha çox zərərlidir. Qışlayan yumurtaları dişi fərdlər avqust, sentyabr aylarında tökür[2]. Taxtabiti ilə zədələnən bitkinin boyu zədələnməyən bitkinin boyundan 2–3 dəfə alçaq olur.

Avropa və Asiyada geniş yayılmış növlərdən biridir. Azərbaycanda Gəncə-Qazax zonasında daha çox təsadüf edilir.

  • Azərbaycanda Kənd təsərrüfatı bitkilərinə zərər verən Yarımsərtqanadlılar (Taxtabitilər) C. A. Hidayətov, 42
  1. Integrated Taxonomic Information System (ing.). 2006.
  2. Azərbaycanda Kənd təsərrüfatı bitkilərinə zərər verən Yarımsərtqanadlılar (Taxtabitilər) C. A. Hidayətov, 42