Gəncə tankeri

Vikipediya, azad ensiklopediya
Turkmenbot (müzakirə | töhfələr) (→‎top: crosswiki standartlaşdırma) tərəfindən edilmiş 12:25, 12 yanvar 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

"Gəncə"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin tankeri[1]. Gəncə şəhərinin adını daşıyır.

İnşası[redaktə | mənbəni redaktə et]

Bu tanker “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Caspian Marine Services” Alyansı tərəfindən sifariş olunan tankerlərdən biridir[1].

Texniki göstəriciləri[redaktə | mənbəni redaktə et]

Tanker 7 min ton yükgötürmə qabiliyyətinə malikdir. Uzunluğu 140,9, eni 16,7, saya oturumu isə 4,2 metr olan bu tanker Volqa-Don-Maks tipli, yəni, dayaz sularda üzməklə maksimum yükgötürmə qabiliyyətinə malikdir[1].

Bu tanker ən müasir avadanlıqla təchiz olunub[1].

Fəaliyyət istiqaməti[redaktə | mənbəni redaktə et]

“Gəncə” tankerinin texniki göstəriciləri onun gələcəkdə Xəzər hövzəsində dayaz limanlara daxil olmasına, eyni zamanda, Volqa-Don, Volqa-Balt kanallarında üzməsinə imkan yaradır[1].

İstismara verilməsi[redaktə | mənbəni redaktə et]

"Gəncə" tankerinin istismara verilməsi mərasimində 18 noyabr 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak etmişdir[1].

İstinadlar[redaktə | mənbəni redaktə et]