Şəhadət (film, 2017)

Vikipediya saytından
Turkmenbot (müzakirə | töhfələr) (→‎top: crosswiki standartlaşdırma) tərəfindən edilmiş 12:42, 12 yanvar 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Şəhadət
Filmin banneri
Filmin banneri
Janr tammetrajlı sənədli film
Ssenari müəllifi Nadir Bədəlov
İlk baxış tarixi 22 sentyabr 2017
Ölkələr Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 2017
Bölüm sayı 1 hissə
Çəkiliş yeri Azərbaycan Azərbaycan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəhadət — 2017-ci ildə Azərbaycanda istehsal olunmuş sənədli film. Film Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmişdir[1][2].

Film Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinə həsr olunub[1].

Filmdə Vətən uğrunda şəhadətə qovuşmuş qəhrəmanlarla yanaşı, dini fanatizmin və radikalizmin təsirinə məruz qalmış, bir sıra xarici ölkələrdəki ekstremist-terrorçu silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərdən bəhs edilir[1].

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Ssenari müəllifi: Nadir Bədəlov
Quruluşçu rejissor: Böyükağa Məmmədov
Məsləhətçilər: Səyavuş Heydərov, Gündüz İsmayılov;

22 sentyabr 2017-ci il tarixində Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində filmin təqdimatı keçirilmişdir[1]. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Təhlükəsizlik Xidməti, Müdafiə və Daxili İşlər nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti və əməkdaşları, Yeni Azərbaycan Partiyasının fəal gəncləri, həmçinin dini icma nümayəndələri iştirak ediblər[1].

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]