Azərbaycan SSR-in orden və medalları

Vikipediya saytından
Xeyal (müzakirə | töhfələr) (→‎Həmçinin bax) tərəfindən edilmiş 12:42, 13 yanvar 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıldıqdan sonra Azərbaycan İctimai Şuralar Cümhuriyyəti (Azərbaycan SSR) adı altında bolşevik hakimiyyəti qurulmuşdur. Sovet hakimiyyətinin ilk illərində Azərbaycan özünün dövlət atributlarını Sovet Rusiyasının atributlarına uyğunlaşdırmaq məcburiyyətində qalmışdı. Azərbaycanda sovet hakimiyyətinin qurulmasından SSRİ-nin tərkibinə daxil olduğu dövrədək keçən müddət ərzində bir sıra orden və medallar təsis edilmişdir. Azərbaycan 1922-ci ilin sonunda SSRİ-nin tərkibinə daxil olduqdan sonra orden və medallarla təltif funksiyası tədricən SSRİ-nin mərkəzi orqanlarının səlahiyyətlərinə aid edilmişdir.

1920-1922-ci illərdə Azərbaycan İctimai Şuralar Cümhuriyyətinin təsis etdiyi orden və medalların bir qismininşəkilləri Milli Azərbaycan Tarixi Muzeyinin “Azərbaycanda dövlətçilik və onun rəmzləri” (Bakı, 2000) nəşrində və 7 cildlik “Azərbaycan tarixi” nəşrinin 6-cı cildində (Bakı, 2000) öz əksini tapmışdır.