Üzeyir Abdullayev

Vikipediya, azad ensiklopediya
Eldarado (müzakirə | töhfələr) (→‎Həyatı: clean up) tərəfindən edilmiş 02:19, 23 yanvar 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Üzeyir Abdullayev
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi
Vəfat yeri Lənkəran, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan

Üzeyir Abdullayev (19512009) — Beynəlxalq Rus Daması Assosiasiyasının versiyası üzrə rus daması üzrə dünya çempionu (1997) və dama üzrə 37 qat Azərbaycan çempionu, Azərbaycan Respublikasının əməkdar idman ustası (2009).

Həyatı[redaktə | mənbəni redaktə et]

Üzeyir Abdullayev 1951-ci ildə Bakı şəhərində anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. 38 il idman sahəsində çalışıb. Bu müddətdə 37 dəfə Azərbaycan, 1 dəfə isə dünya çempionu olub. 1997-ci ildə beynəlxalq qrosmeyster, həmçinin beynəlxalq dərəcəli hakim olub. Ü.Abdullayevə 2007-ci ildə Rusiya Federasiyasının Şahmat və Dama İncəsənət Akademiyasının akademiki adı verilib. 2009-cu ilin fevralında isə o, "Azərbaycan Respublikasının əməkdar idman ustası" fəxri adına layiq görülüb. Veteran damaçı son vaxtlar ürək ağrılarından əziyyət çəkirdi.

1996-cı ildən bəri Azərbaycan Gənclər və İdman Nazirliyində aparıcı məsləhətçi vəzifəsində çalışan Ü.Abdullayev elə vəzifəsinin icrası zamanı dünyasını dəyişib. 2009-cu ilin aprel ayında nazirlik tərəfindən Lənkərana ezamiyyətə göndərilən Ü.Abdullayevin qəflətən səhhəti pisləşib və həkimlərin müdaxiləsi nəticəsiz qalıb.

İstinadlar[redaktə | mənbəni redaktə et]