Sahir Məmmədxanov
Sahir Məmmədxanov | |
---|---|
29 mart 2016 – 2019 | |
4 mart 2009 – 29 mart 2016 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1959 |
Doğum yeri | |
Rütbəsi |
3-cü dərəcəli dövlət vergi xidməti müşaviri |
Sahir Polad oğlu Məmmədxanov (d.1959, İsmayıllı rayonu) — Azərbaycan Respublikası vergilər nazirinin birinci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri.
Həyatı[redaktə | mənbəni redaktə et]
1959-cu ildə İsmayıllı rayonunda anadan olub.
1985-ci ildə Rusiya Federasiyasının Tver şəhərinin Kalinin adına Dövlət Universitetinin İqtisadiyyat fakültəsi bitirmişdir
1985–1993-cü illərdə Tver şəhərinin "Elektroaparatura" zavodunda iqtisadçı, maliyyə-müqavilə şöbəsinin rəisi və Hərbi Sənaye Nazirliyinin "Kalininmaşdetal" istehsalat birliyində baş mühasib vəzifəsində çalışmışdır.
1993 – Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyində müfəttiş, 1994–1999-cu ilə qədər müfəttiş, şöbə rəisi kimi işləmişdir.
1999 – "İri vergi ödəyiciləri ilə iş üzrə" Baş idarə rəisinin müavini, daha sonra həmin ildən 2001-ci ilədək Baş idarənin rəisi vəzifəsində çalışmışdır.
2001 – 2009 — Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin rəisi vəzifəsində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 4 mart 2009-cu il tarixli Sərəncamı ilə Vergilər nazirinin müavini vəzifəsinə təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 29 mart 2016-cı il tarixli Sərəncamı ilə Vergilər nazirinin birinci müavini vəzifəsinə təyin edilmişdir.
Ailəlidir. 2 övladı var.