Xəstəxanada görüş (Aminə Sədr)
Xəstəxanada görüş | |
---|---|
| |
Müəllif | Aminə Sədr |
Orijinalın dili | Ərəbcə |
Ölkələr | İraq |
Nəşriyyat | Parlaq İmzalar |
Səhifə | 128 |
ISBN | ISBN 978-9952-8236-6-0 |
Xəstəxanada görüş — Aminə Sədrin povesti.
Məzmun[redaktə | mənbəni redaktə et]
Müsəlman dünyasında parlaq imza sahibi olan yazıçının sizə təqdim edilən "Xəstəxanada görüş" povestində o, cəmiyyətin və ümmətin möhtəşəm ilahi konsepsiya vasitəsilə ali insani dəyərlərə yiyələnməsinin necəliyi barədə düşünür və yazır. Povestdə bir çox elmi-fəlsəfi problemlərə anlaşıqlı və səlis üslubda aydınlıq gətirilir; silsiləvi dialoq şəklində materialist fəlsəfi məktəblərinin irəli sürdüyü prinsiplər müzakirə edilərək bu baxışların yetərsizliyi, insanı ali dəyərlərə çatdırmaq potensialına malik olmadığı sübuta yetirilir. Kitab öz orijinallıq, dərinlik və mənəvi dəyərlərin önə çəkilməsi ilə diqqət çəkir.