Enter klavişi

Vikipediya, azad ensiklopediya
C Mirəli2001 (müzakirə | töhfələr) (vikiləşdirmə) tərəfindən edilmiş 01:25, 7 mart 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Enter klavişi, daxiletmə klavişikompüterə daxil edilən sətrin bitdiyini və ya komandanın başladılmasını bildirən klaviş. Belə klaviş, adətən, klaviaturanın əsas blokunda yerləşdirilir. IBM firmasının və onlarla uyumlu kompüterlərdə həmin klaviş, Enter kimi, Apple Macintosh klaviaturalarında isə Return kimi qeyd olunur. Enter klavişi əməliyyat sisteminə komandanın çalışdırılmasının gərəkliyini, mətn emalı proqramına isə abzasın sonunu göstərir. Macintosh klaviaturalarında və təkmilləşdirilmiş IBM klaviaturalarında rəqəm klaviaturası hissəsində daha bir Enter klavişi nəzərdə tutulub.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı