Pirmaşa piri

Vikipediya, azad ensiklopediya
C Mirəli2001 (müzakirə | töhfələr) (vikiləşdirmə) tərəfindən edilmiş 08:04, 8 mart 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Pirmaşa piri — Culfa rayonunun Camaldın kəndində hündür təpənin üzərində ziyarətgah.

Pir müqəddəs şəxsiyyətlərdən birinin qəbri üzərində, müasir üslubda, bişmiş kərpicdən tikilmiş altıüzlü prizma şəklində binadan ibarətdir. Binanın hər bir üzündə yerləşən ensiz pəncərələr onun görünüşünü daha da ahəngdar edir. Pirin çardağı piramida formasında başlıqla örtülmüşdür. Yerli əhalinin məlumatına görə, burada vaxtilə möhrədən tikilmiş bina olmuşdur. Pirin ətrafından Orta əsrlərə aid keramika məmulatının tapılması onun uzun müddət ziyarətgah kimi istifadə olunduğunu təsdiq edir. Pirin köhnə tikintilərini və onun ziyarətgaha çevrilməsini, pirin ətrafında olan qəbiristanlıqla eyni dövrə XIV–XVIII əsrlərə aid etmək olar.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • "Naxçıvan abidələri ensiklopediyası", Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 401.